“UTair” aviaşirkətinə məxsus "Moskva–Gəncə" istiqamətində həyata keçirilən UTA-743 saylı reysi həyata keçirilib.
***
“UTair” aviaşirkətinə məxsus Bakı–Gəncə istiqamətində həyata keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.
Aeroportdan FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq “UTair” aviaşirkəti tərəfindən veriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri əməliyyat prosedurları operativ şəkildə icra olunub.










