“Gəmiqaya Holdinq”in şirkəti ləğv edilir.
FED.az xəbər verir ki, “Gəmiqaya Avtonəqliyyat” ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 34, mənzil 2 ünvanına bildirə bilərlər. “Gəmiqaya Avtonəqliyyat” MMC ötən ilin dekabrında yaradılıb, nizamnamə kapitalı 1 210 050 manatdır və qanuni təmsilçisi Vüsar Məmmədovdur.
Onu da qeyd edək ki, “Gəmiqaya Avtonəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərkibindən “Avtonax MR” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Avtonəqliyyat MR” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Texnika NAX” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Naxtexnika 2023” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Naxlogistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Avtotech MR” Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdir.