Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub.
Bu barədə FED.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.