Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı, ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.
Eləcə də bax: Metro bağlı olacaq
FED.az xəbər verir ki, universitet və institutlar fevralın 15-dən açıla bilər.
Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.
Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.
Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir. (Report)