Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntülər yayılıb.
Eləcə də bax: Bakıda “8 Noyabr” adlı metro stansiyası olacaq - PREZİDENTDƏN TƏŞƏBBÜS
FED.az xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən məlum olur ki, stansiyanın platformasında işlər yekunlaşıb. Platforma Azərbaycan bayrağı ilə bəzədilib, divarlarda işğaldan azad rayonların böyük ölçüdə fotoları yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər Günü münasibətilə “8 Noyabr” adlandırılıb.
“8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır və Mərkəzi Klinik Hərbi Hospitalın qarşısında yerləşir (Papanin). (Report)