"Planlaşdırılan stansiyaların tikintisi üçün “Bakı Metropoliteni” QSC-yə torpaq sahələri ayrılıb və həmin ərazilərə hər zaman nəzarət edilir ki, biznesmenlər oraları zəbt edib kafe-restoran tikməsin".
FED.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, hər gün həmin torpaqların zəbt edilməsi cəhdi ilə qarşılanır:
“Ayda-ildə bir dəfə deyil, tez-tez buna cəhdlər olur. Amma biz onun da qarşısını almağa müvəffəq oluruq. Cənab Prezidentin dediyi kimi Bakının hər tərəfi metro ilə əhatə olunmalıdır. Bu gün Bakı metrosu ən sıx dövrünü yaşayır. Elə stansiyalar var ki, o gündə 60-80 min sərnişin qəbul edir. Bu hal Moskvadan başqa MDB məkanında heç bir yerdə olmayıb. Ona görə də yeni stansiyaların tikintisinə ehtiyac var”. (Report)