“Metro bağlanandan sonra avtobuslarda 16 min sərnişin artımı olub”.
Eləcə də bax: Bakı metrosu bu gün saat - 22.00-DAN BAĞLANACAQ
FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
O bildirib ki, martın 31-də ekspress xəttlərdə 11 min, aprelin 1-də 27 min sərnişin daşınıb:
“Avtobuslarla bağlı hər hansı çatışmazlıq yoxdur. Dünən 95 avtobus xəttə buraxılıb. Hər bir ekspress xətt üzrə 85 ehtiyat avtobus var. Zərurət olduğu halda onları da xəttə buraxa bilərik. Amma biz daha çox maarifləndirmə tədbirləri aparmalıyıq ki, vətəndaşlar evdə qalmağa üstünlük versinlər”.
Qafqazinfo