Nəqliyyat

Metro avqustun 31-dək bağlı qalacaq - VİDEO

Metro avqustun 31-dək bağlı qalacaq - VİDEO | FED.az
21:01 3 Avq 2020

“Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 31 avqust tarixinə qədər metronun bağlı qalması qüvvədə saxlanılır”.

Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi yumşalmaya hazırlaşır - TOPLANTI

FED.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:

“Burada sırf texniki-epidemioloji, o cümlədən də metronun bilavasitə ventilyasiya sistemi ilə əlaqədar olan məqamlar var. Ekspertlər rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan bir şəraitdə virusun təkrarən hərəkət etməsi və nəticə etibari ilə yoluxma miqyasının artması üzrə proseslər baş verə bilər ki, bu halda metronun işə salınması məqsədəuyğun hesab olunmur.

Ona görə Bakı Nəqliyyat Agentliyi qarşısında bu tapşırılqar qoyulub ki, avtobus xətlərində saylar artırılsın, pik saatlarda sıxlıq yaranarsa, bunun qarşısının alınması üçün əlavə tədbirlər görülsün”.

Digər xəbərlər