Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev özünün töhmət alması və Xidmətin şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Eləcə də bax: Nazirlikdən Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı - AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki,o, bu barədə REAL TV-yə müsahibəsində bildirib: “Əgər mənə töhmət verilsəydi, bundan xəbərim olardı... İkinci əməkdaş isə artıq 7-8 gündür ki, məzuniyyətdədir. O yanvar ayının əvvəlində əməliyyat olunmuşdu. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etmişdik ki, işə qayıtsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir”.
Xatırladaq ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı. Sürücülər TIR-lardan birinin üzərinə “bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” ifadələrini yazıblar.
TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda nəqliyyatın hərəkətini bərpa edib.