Azərbaycandan aprel ayında MDB ölkələrinə hava sərnişindaşıma nəqliyyatı xidməti üzrə gedişin qiyməti kəskin bahalaşıb.
Eləcə də bax: Bu sahədə qiymətlər kəskin artdı: 350 manatdan 800 manata... - VİDEO
FED.az Banker.az-a istinadən xəbər verir ki, MDB ölkələrinə hər gedişin orta qiyməti 1 097.12 manata yüksəlib. Məsələn, bu 2021-ci ilin martında 843.44 manat idi. Bu da o deməkdir ki, son bir ayda orta qiymətlər 253.68 manat, yaxud 30% bahalaşmışdır.
MDB ölkələrindən başqa, digər beynəlxalq uçuşların hər gedişin orta qiymətləri isə 768.27 manat olmuşdur.