Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.
Eləcə də bax: Daha 7 marşrut xətti - Kart Sisteminə Keçir
FED.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli "Twitter" sosial şəbəkəsində bildirib.
"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - deyə o, qeyd edib. (Report)