Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,2 milyon manat ayrılıb.