İşğaldan azad olunan Laçın və Zəngilan şəhərlərində tikilən hava limanlarının maketlərinin fotoları yayımlanıb.
Eləcə də bax: Zəngilan aeroportunda hava hərəkətini idarəetmə sistemi sınaqdan - KEÇİRİLİB
FED.az xəbər verir ki, buna dair paylaşımı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev tviterdə edib.
“Azad Qarabağda daha iki hava limanı inşa edilir”, - deyə Şəfiyev qeyd edib.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayaraq bildirib ki, AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.
Zəngilanda yerləşən hava limanının 2022-ci ildə, Laçında yerləşən hava limanının isə 2024-cü ildə istismara verilməsi nəzərdə tutulur.
(Qafqazinfo)