Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
"FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, kanat yolunun uzunluğu 1 720 metr, hündürülüyü isə 300 metrdir. Kanat yolu ilə hərəkətin müddəti 6 dəqiqə olacaq.
Bundan başqa, Laçın şəhərindəki kanat yolunun 1 saat üçün sərnişindaşıma qabiliyyətinin 800 nəfər olacağı planlaşdırılır.
Məlumata görə, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.













