AZAL-dakı vakansiyalar üzrə Laçında əmək yarmarkası keçiriləcək.
FED.az xəbər verir ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.
Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək.
Vakansiyalara müraciət etmək üçün Martın 7-sində Laçın şəhəri, Heydər Əliyev küçəsi, 13 ünvanında olmaq lazımdır.
Daha çox iş elanlarına İnternetdə azvak.az saytına (Telegram kanalına yönəlir) və ya azvak.com saytına daxil olaraq (Vatsap kanalına yönəlir) baxa bilərsiniz.