Azərbaycan yükdaşıyıcıları Çində logistik mərkəz yaradıblar.
FED.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə və Asiya istiqamətlərində yükdaşımalarında artım var: “Buna səbəb isə Azərbaycan ilə Çin arasında viza rejiminin aradan qaldırılmasıdır. Bu, beynəlxalq daşımalar üçün çox vacib və mühüm razılaşmadır. Əvvəllər bizim sürücülər Çinə daxil ola bilmirdi, çünki viza almaq üçün uzun prosedurlar lazım idi. İndi isə viza rejimi ləğv olunub, proses rahatlaşıb".
O vurğulayıb ki, hazırda sürücülər Çinə rahat gedirlər: “Əvvəllər sərhəddə malları çinli vasitəçilər alır və ölkənin daxilinə aparırdılar. Bizim sürücülər isə yalnız sərhədə qədər gedə bilirdi. İndi bu məhdudiyyət aradan qalxıb. Artıq bəzi logistika şirkətlərimizin Çində öz mərkəzləri də fəaliyyət göstərir". (Report)