“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək məqsədi ilə paytaxt sakinləri arasında müxtəlif istiqamətlər üzrə sorğunun 2-ci mərhələsini həyata keçirib. Sorğuda 400 nəfər respondent iştirak edib.
Eləcə də bax: Taksilərə fərqlənmə nişanları yeni üsulla veriləcək - BNA AÇIQLADI - VİDEO
FED.az xəbər verir ki, Koronovirus pandemiyası bir çox sahələrə olduğu kimi, ictimai nəqliyyatdan istifadəyə də öz təsirini göstərib.
Taksi istifadəsi
Pandemiyadan öncə taksi xidmətlərindən istifadə edən respondentlərin (69%) demək olar ki, 5-də 1-i (22%) bu aralar taksi xidmətlərindən əvvəlki günlərlə müqayisədə daha çox istifadə etdiklərini bildiriblər. Bununla yanaşı, əksinə, məhz karantin günlərində ictimai nəqliyyata üz tutanlar var (7%). 3% respondent isə karantin müddətində bütün tövsiyələrə əməl edərək, nə ictimai nəqliyyatdan, nə də taksidən istifadə edir. Əksəriyyət isə pandemiya öncəsi davranışına sadiq qalıb – 68%.
Respondentlər karantin dövründə əsasən telefon zəngi vasitəsi ilə sifariş verilən taksilərə üstünlük verir. Tətbiqlə taksi sifarişi nisbətən azdır. Karantin müddətində daha çox *9933 (37 %), *9111 (10 %) və Bolt (8 %) taksi şirkətlərinin xidmətlərindən istifadə olunur. Sorğu zamanı hər 5 respondentdən 1-i isə hansı taksi xidmətindən istifadə etdiyini xatırlaya bilməyib (20%).