İran ilə Azərbaycan arasında Astaraçay üzərində tikilən yeni avtomobil körpüsü iki ölkə arasındakı ticarət və tranzit əlaqələrinin inkişafına və iqtisadi artıma səbəb olacaq.
İranla sərhəddə yeni buraxılış məntəqəsi açıldı – GÜNDƏ 500-600 MAŞIN KEÇƏCƏK - FOTOLAR
FED.az xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş hökumətin iclasında deyib. O bildirib ki, yeni körpü gün ərzində 300 yük avtomobilinin sərhəd məntəqəsindən keçməsinə imkan yaradıb. Köhnə körpü ilə gün ərzində yalnız 200 nəqliyyat vasitəsi keçə bilirdi.
Nazir qeyd edib ki, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə də Rusiya və Azərbaycan tərəfi ilə aparılan danışıqlar müsbət nəticələnib.
“Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi üçün 1,3 milyard avro kredit ayıracaq və 2027-ci ildə yolun istismara verilməsi nəzərdə tutulub”, - deyən nazir qeyd edib ki, bu yolun istismara verilməsi İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. (Azərtac)