Yüzlərlə yük maşını sıraya düzülüb gedişlərinin təmin olunmasını gözləyir...
İrana və Azərbaycana qayıdan yük avtomobillərinin sərhəddən buraxılışına başlanılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ərzaqlarla dolu bu TIR-lar 2 həftədir İran-Azərbaycan sərhədində qalıb. Sürücülər bildirirlər ki, orada qaldıqları hər gün onlar üçün əlavə problemdir.
Sürücülərin sözlərinə görə, tonlarla məhsulun aqibətindən narahatdırlar. Nə sərhəddi keçə bilirlər, nə də maşınlarını yanacaqla təmin edə. Belə olan halda isə satış üçün apardıqları məhsul ünvana çatmadan məhv olacaq.
Sürücülərin sözlərinə görə, İran tərəfi onlara buraxılış üçün müəyyən şərtlərin olduğunu bildirib.
Aparılan danışıqlar nəticəsində axşam saatlarında yük maşınlarının keçidinə şərait yaradılıb.











