Bakıdakı avtobus marşrutlarının hərraca çıxarılması davam edir.
FED.az xəbənr verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu dəfə paytaxtdakı 156 və 158 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
Qeyd edək ki, müsabiqəyə çıxarılan marşrutlar şəhərətrafıdır, yəni Hökməli və Xocahəsəndən «Memar Əcəmi» metrosuna gələn avtobaslardır. Belə ki, 156 nömrəli avtobus marşrutu Hökməli qəsəbəsi-“Memar Əcəmi” metrsu arası işləyir. 158 nömrəli marşrut isə Xocəsən qəsəbəsi–“Memar Əcəmi” metrostansiyası arasında dövr edir.
Müsabiqə şərtlərinə əsasən bu marşrutlarda kiçik və orta tutumla avtobuslar işləyəcək, avtobuslar səhər saat 6-dan axşam saat 23-dək işləməlidir.
Müsabiqədə göstərilən şərtlərə görə, 156 nömrəli marşrutda işləmək üçün dövriyyədə azı 10 ədəd avtobus olmalı, daha 1 avtobus isə ehtiyat kimi təqdi edilməlidir, yəni marşrut sahibinin azı 11 avtobusu olmalıdır.
158 nömrəli marşrutda isə 8 avtobus işləyəcək və daha bir avtobus ehtiyatda olacaq – burada marşrut sahibindən azı 9 avtobus tələb olunur.
Müsabiqədə iştirak etmək istəyənlər sənədləri martın 6-da saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. İddiaçıların təkliflərinə komissiya tərəfindən avtobus marşrutları üzrə 2 Lotda aprelin 4-də baxılacaq.