Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlama verib.
FED.az xəbər verir ki, bu barədə BŞH-nın mətbuat katibi Turab Teymurov keçirilən mətbuat konfransında məlumat verib.
Bildirilib ki, 6 iyun, gecə 01:00-dan etibarən BŞH-nın əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.
Qeyd edilib ki, nəqliyyata məhdudiyyət 3 zonada tətbiq ediləcək. İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin yerləşdiyi ərazidir.