“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycının rəhbərliyi altında şirkətin Direktorlar Şurası tərəfindən təsdiqlənmiş konsolidə olunmamış büdcəyə əsasən, 2018-ci il üçün aviadaşıyıcının qarşısında bu hədəflər qoyulub:
Nəqliyyat şəbəkəsinin inkişafı
- Daşınan sərnişinlərin ümumi sayı 74 milyona çatacaq ki, onlardan 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq.
- Reyslərin yüklənmə səviyyəsi 79-80% təşkil etdiyi halda kreslo-kilometrlərin sayı 2017-ci il ilə müqayisədə təxminən 5-6% artaraq və 183 milyarda çatacaq. Minik yerlərinin sayı Türkiyə üzrə 10%, Yaxın Şərq üzrə 9%, Avropa üzrə 6%, Uzaq Şərq üzrə 6%, Amerika üzrə 4% və Afrika üzrə 3% artacaq.
- 2018-ci ildə yükdaşımaların həcmi 21% artaraq 1,3 milyon tona çatacaq.
Maliyyə göstəriciləri (konsolidə olunmamış)
- 2018-ci ildə aviayanacağın istehlakı ötən illə müqayisədə 9% artacağı gözlənilir.
- 2018-ci ildə aviayanacağın orta qiyməti (hecləmə daxil olmaqla) 633 ABŞ dolları/ton təşkil edəcək.
- Proqnoza əsasən, 2018-ci ildə şirkətin mədaxili 11,8 milyard ABŞ dolları təşkil edəcək.
- Yerləşdirilmiş kreslo-kilometrin dəyəri (CASK), yanacağın dəyəri istisna olmaqla, 3-5% artacaq.
- EBITDAR üzrə konsolidə olunmamış rentabellik (vergi, faiz, amortizasiya, icarə və lizinq xərclərinə ayırmalardan öncəki mənfəət) təxminən 21-22% təşkil edəcək, halbuki EBITDAR üzrə konsolidə olunmuş rentabellik 23-24% təşkil edəcək.