İstanbul Hava limanı, keçən il 23,4 milyon sərnişin sayı ilə Avropa hava limanları arasında birinci yeri tutub.
Eləcə də bax: İstanbul hava limanı Avropada sərnişinlərə ən çox xidmət edən - Aeroport Olub
Yeni növ koronavirus pandemiyası səbəbilə sərhədlərin bağlanması və səyahət qadağanları ilə dünyada hava limanlarının sərnişin saylarında ciddi azalma baş verib.
FED.az xəbər verir ki, İstanbul Hava Limanı 2020-ci ildə Avropa hava limanları arasında 23,4 milyon nəfər sərnişin sayı ilə 1-ci yeri tutub.
Növbəti yerlərdə 22.1 milyon sərnişin ilə "London Heathrow" və "Paris Charles de Gaulle" hava limanları gəlir. "Amsterdam Schiphol" Hava limanı isə 20.9 milyon ilə 4-cü, Almaniyadakı Frankfurt Hava Limanı isə 18.8 milyon sərnişin ilə 5-ci yeri tutub. (Marja)