Türkiyənin İstanbul şəhərinin beynəlxalq hava limanında əlverişsiz hava şəraiti ilə bağlı uçuşlara qoyulmuş qadağanın aradan qaldırılmasına başlanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, təyyarələrin təhlükəsiz şəkildə havaya qalxmasını və enməsini təmin etmək üçün 500 nəfər işçi heyət 180 qartəmizləyən maşın hazır vəziyyətə gətirib.
Bu gün 681 təyyarənin yola salınıb, qarşılanması planlaşdırılır.
Xatırladaq ki, qarlı hava şəraiti ilə bağlı ləğv edilmiş reyslər arasında "Azərbaycan Hava Yolları" QSC-nin Bakı-İstanbul-Bakı reysləri də var. Bununla əlaqədar aviaşirkət sərnişinləri hotellərə yerləşdirib və bu gün mənzil başına çatdıracağı gözlənilir.