Nəqliyyat

Svetoforların işində - TEXNİKİ PROBLEM YARANIB

Svetoforların işində - TEXNİKİ PROBLEM YARANIB | FED.az
10:02 1 Noy 2019

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb.

Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

 "Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur" - deyə məlumatda deyilir.

Digər xəbərlər