Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycana ilk daşıma qatarı yola düşəcək. «ADY Konteyner» şirkətindən FED.az-a verilən məlumata görə, «TürküAz Express» adlanan blok qatarı ilə Türkiyədən Azərbaycana müxtəlif yüklərin gətirilməsi mümkün olacaq.
Sözügedən qatarın Azərbaycana həftədə iki dəfə gəlməsi nəzərdə tutulur. 4-cü gün İstanbul-Bakı, 6-cı gün isə Mersin-Bakı qatarı yola düşəcək. Hər iki qatar Türkiyədən Bakıya 6 günə çatacaq.
Qatarlar yüksləri Abşeron Logistik Mərkəzinə çatdıracaqlar. Həmin qatarla daşıma imkanları aşağıdakı kimidir.
TürküAz Express blok qatarı
• İstanbul – Bakı, Hər hərfətinin 4-cü günü (tranzit müddəti – 6 gün)
• Mersin – Bakı, Hər həftənin 5-ci günü (tranzit müddəti – 6 gün)
• 45 HCPW konteynerin maksimal yükgötürmə qabiliyyəti 28,5 ton və ya 33 Europallet
• 20 HCPW konteynerin maksimal yükgötürmə qabiliyyəti 28 ton
Abşeron Logistik Mərkəzinə çatdırılma
• “Bir pəncərə” sistemi (24/7 gömrük, terminal, broker, bank, anbar)
• Anbar xidməti
• “A+” kateqoriyalı 3PL anbar
• Bakı şəhəri daxilində qapıya çatdırılma
• Boşaltma 4 gün sərbəst