Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.
Eləcə də bax: Ermənistan Qafandan iki marşrut xətti - İSTİFADƏYƏ VERDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar təşkil edəcək.
Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel-Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.
Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnoç” beynəlxalq hava limanından həyata keçiriləcək. Şirkət ilk reysi Moskva şəhərinə edəcək.
Biletlərin qiymətinə gəldikdə isə 6 istiqamət üzrə biletin dəyəri 39 avrodan başlayacaq. Lyona isə biletin dəyəri 44 avro olacaq.