İran təyyarə və bir sıra raket buraxılış qurğularını daşıya biləcək dünyada analoqu olmayan təyyarədaşıyan gəmi hazırlayır.
“TCG Anadolu” dünyada PUA daşımaq imkanı olan ilk hərbi desant gəmisidir
FED.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Təngsiri açıqlama verib.
“Bu gəmi həm təyyarə, həm də bir sıra raket qurğuları daşımaq qabiliyyətinə malikdir”, - general qeyd edib.
Onun sözlərinə görə, “Şəhid Məhdəvi” və “Şəhid Rudəki” gəmiləri bu sahəyə daxil olan və uzun məsafəli naviqasiya imkanlarını təkmilləşdirmək üçün gəmilər qurmaqda uğurlu təcrübədir.
“Biz gələcəkdə daha çox imkanlara malik yeni nəsil gəmilərin şahidi olacağıq”, - o deyib. (Apa)