“İctimai nəqliyyatın və sərnişindaşınma ilə bağlı fəaliyyət planı hazırlanıb və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilib”.
Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi daşıyıcıların sayını - ENDİRİB
FED.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi jurnalistlərlə keçirilən onlayn mətbuat konfrasnında bildirib.
M.Ağayev qeyd edib ki, hər şey vətəndaşların karantin rejiminə əməl etməsindən asılıdır:
“Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmanın artan xətt üzrə davam edəcəyi halda, vəziyyətə uyğun qərar veriləcəyini açıqlayıb. Karantin rejiminin uzadılması və daha sərt qərarların qəbulu nəzərdə tutulub ki, bu zaman ictimai nəqliyyatın, o cümlədən ekspress avtobusların sayının azaldılması və ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulub. Bir daha vurğulamaq istəyirəm ki, bu, vətəndaşlarımızın karantin rejiminə əməl eməsindən asılı olacaq. Yekun qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək və dərhal icra olunacaq”.