İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Nəqliyyat Koordinasiya Mərkəzinin toplantısında ictimai nəqliyyat tarifləri 51,52% artırılıb.
Bakı-Tbilisi-Ankara marşrutu üzrə sürətli sərnişin qatarı fəaliyyətə - BAŞLAYA BİLƏR
FED.az xəbər verir ki, qəbul edilən artım təklifi çərçivəsində tam elektron biletin qiyməti 9,90 lirədən 15 lirəyə, tələbə elektron biletinin qiyməti 4,83 lirədən 7,32 lirəyə, müəllim elektron biletinin qiyməti 7,09 lirədən 10,74 lirəyə, tam abunə haqqı 777 lirədən 1177 lirəyə yüksəldilib. Tələbə abunə haqqı 140 TL-dən 212 TL-yə qalxıb.
Taksilərdə taksimetrin açılış haqqı 12,65 lirədən 19,17 lirəyə, sarı taksinin məsafə haqqı kilometr başına 8,51 lirədən 13,75 lirəyə, sarı taksinin zaman tarifi bir saat üçün 100,80 lirədən 152,73 lirəyə, mindi-düşdü haqqı isə 40 lirədən 70 lirəyə artıb.
Mikroavtobuslarda ən qısa məsafəyə gediş haqqı 7 lirədən 12 lirəyə qaldırıldığı halda, tələbələr üçün bu ödəniş 5 lirədən 8 lirəyə qaldırılıb.
Metrobüs bileti isə 22,25 lirə olacaq.
Məktəb avtobusu ödənişlərində 0-1 kilometr arasındakı məsafə 792 lirədən 1300 lirəyə qaldırılıb.
10-17 yerlik mikroavtobuslar üçün personalın xidmət haqqı 422,40 lirədən 640,02 lirəyə qaldırılıb.
Qeyd edək ki, bugünün rəsmi məzənnəsinə görə 1 Türk Lirəsi 0,0629 manata bərabərdir. (Marja)