Xəbər verdiyimiz kimi, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində sərt karantin elan olunub.
Eləcə də bax: TƏCİLİ: Əksər sahələrdə işlər dayandırılır – BAŞ NAZİRDƏN YENİ QƏRAR
FED.az xəbər verir ki, qərara əsasən, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.
Burada xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır. (Qafqazinfo)