Prezidentin köməkçisi Şahmar Mövsümov həftəsonları ictimai nəqliyyatın işləməməsi səbəbini açıqlayıb.
Eləcə də bax: Azərbaycanın quru sərhədləri açıla bilər? - Şahmar Mövsümovdan Cavab
FED.az xəbər verir ki, Ş.Mövsümov bildirib ki, həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur:
“Şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür və biz bunun sayəsində yoluxma sürətinə, epidemik vəziyyətə nəzarət edə bilirik”.