Hava Limanında yenilik olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, artıq 1-ci Terminalın parkinq zonasınında sıra üzrə ayrılmış 3-cü xəttində sərnişinləri şəxsi avtomobil və ya taksi vasitəsilə park etmədən limitli zaman çərçivəsində düşürmək mümkün olacaq.
Əlavə vaxt itirməmək və parkinq yerində saxlamamaq üçün 3-cü xətdən istifadə etmək tövsiyə olunur.