Haker hücumundan sonra “Aeroflot” aviaşirkətinin informasiya sistemində yaranmış nasazlıqla bağlı kompüter məlumatlarına qeyri-qanuni girişlə bağlı cinayət işi açılıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Prokurorluq yoxlamasının materialları əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin 4-cü hissəsi (kompüter məlumatlarına icazəsiz daxil olma) ilə cinayət işi açılıb", - məlumatda qeyd olunub. (Apa)