Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.
FED.az xəbər verir ki, Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.
Gürcüstanda yanacağın artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir.