Gürcüstanın cənubundakı Tsalka şəhəri yaxınlığında texniki qatarın relsdən çıxması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
FED.az bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidmətinə istinadən bildirir,
“Gürcüstan Dəmir Yolları” elan edib ki, təmir işlərinin Azərbaycan şirkəti tərəfindən aparılır, ölən və yaralananlar da Azərbaycan vətəndaşlarıdır.
Hadisə cümə günü axşam saatlarında baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyi dəmir yolu nəqliyyatında təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırmalara başlayıb. “Novosti-Georgia” xəbər verir ki, 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.