COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı avqustun 31-dək uzadılıb.
Eləcə də bax: Bakıdan İstanbula hər gün - UÇUŞ OLACAQ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi (GCAA) məlumat yayıb.
Bildirilib ki, müntəzəm uçuşların sentyabrın 1-dən başlanması planlaşdırılır.
Qeyd edək ki, qonşu ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 1-də ləğv edilməli idi, lakin GCAA-nın qərarına əsasən, bu, avqustun 1-nə təxirə salınmışdı.