Gəzinti məqsədi üçün gəmilərdən istifadə ticarət gəmiçiliyi sayılacaq.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq olunduğu gəmilərin siyahısına gəzinti məqsədləri üçün istifadə edilən gəmilər daxil edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.