Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsindən və Rusiyadan Gürcüstana uçuşların dayandırılmasından keçən bir ay ərzində qonşu ölkənin «Georgian Airways» şirkəti 25 milyon dollar zərərə düşdüyünü bildirib.
FED.az xəbər verir ki,Rusiya və Gürcüstn arasında uçuşların dayandırılması «Georgian Airways» şirkətinə ciddi zərbə vurub və onu çətin maliyyə vəziyyətinə salıb. Şirkət satılmış biletlərin 80%-ni qaytarmalı olub. Bundan başqa, bilet almaq istəyənlərin də sayı kəskin azalıb nəticədi şirkət təqribən 25 milyon dollar zərərə düşüb»-deyə şirkətdən bildirilib.
Ümumilikdə Rusiyanın qadağası ilə əlaqədar olaraq Gürcüstanın ümumi itkiləri 750 milyon dollara çata bilər. Bu barədə Gürcüstanın mehmanxana və restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.