Ukraynanın infrastruktur naziri Vladislav Krikli və Gəncə Şəhər İcra Hakimiyyətinin başçışı Niyazi Bayramov Gəncə-Odessa birbaşa aviareyslərin açılması imkanını müzakirə ediblər.
AZAL Bakı-Naxçıvan reyslərinin sayını müvəqqəti - Azaldıb
FED.az İnterfaxa istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna İnfrastruktur Nazirliyinin saytında məlumat verilir.
Niyazov ilə Krikli arasında danışıqlar ukraynalı nazirin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Nazirlikdə hesab edirlər ki, bu istiqamət nəinki turizmin inkişafına, həm də işgüzar təmasların və tələbə mübadiləsinin möhkəmlənməsinə imkan yaradacaq.
Bundan başqa, həmsöhbətlər perspektivli infrastruktur layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanını müzakirə ediblər.
“Ukrayna şirkətləri Azərbaycan üçün mühüm layihələrin reallaşdırılmasında iştirak etməyə hazırdır”, – mətbuat xidməti Kriklinin sözlərindən sitat gətirir.
Nazir mümkün əməkdaşlıq istiqamətləri arasında sənaye obyektləri, yol-nəqliyyat və enerji infrastrukturunun layihələndirilməsi və tikintisini, yüksəkvoltlu elektrik ötürücü xəttlər sisteminin inkişafını, dəmir yollarının modernləşdirilməsində iştrakı və dəmir yolu texnikası, metalluqrgiya məhsullarının tədarükü və s. qeyd edir.
“Bunlar nəinki iqtisadiyyatımızın sahə ixtisaslaşmasına, həm də xarici ölkələrdə, o cümlədən azərbaycanlı tərəfdaşlarla aparıcı Ukrayna şirkətlərinin işinin böyük təcrübəsinə əsaslanan istiqamətlərdir”, – Krikli vurğulayıb.