“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün fəaliyyət sahələrinə cəlb olunmuş gənc kadrlar şirkətin hərtərəfli inkişafını sürətləndirən əsas amillərdən biridir.
FED.az xəbər verir ki, ADY-də kadr potensialının təkmilləşdirilməsi və yeni kadrların yetişdirilməsində gənclərə xüsusi yer verilir.
Hazırda ADY-də 18-29 yaş aralığında olan 1437 gənc əməkdaş çalışır ki, onların da 377-si 2023-cü ildə işə qəbul olunub.
ADY eyni zamanda gələcəyin dəmiryolçularının yetişməsi üçün əməkdaşlığı genişləndirir. Gənc mütəxəssislərimiz və onları yetişdirən mentorlarının səyləri ADY-ni təkcə gələcəyə aparmır. Onlar dəmir yolu sənayesinin qlobal tərəqqinin və nəqliyyat bağlantılarının lokomotovi olaraq qalmasını təmin edir. Son üç ildə 1700-dən çox tələbə ADY-də istehsalat təcrübəsi keçib və hazırda peşə təhsili müəssisələrinin 417 tələbəsi istehsalat təcrübəsini davam etdirir.