FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər şəhərində çıxışı zamanı bildirib.
Eləcə də bax: "Dünya tarixində belə relyefdə, bəlkə də, ilk dəfə hava limanı tikilir"
Prezident deyib:
"Zəngilanda da işlərə start verildi, mən şəxsən Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydum. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq".
İlham Əliyev əlavə edib ki, Laçın Hava Limanının inşaatının nə qədər zaman aparacağını indi demək çətindir: "Ancaq, əlbəttə, biz istəyirik ki, maksimum qısa müddətdə aparılsın. Lakin bildirmək istəyirəm ki, mal-materialların gətirilməsi üçün logistik problemlər var. İndi yay başa çatır, bir müddətdən – oktyabr ayından sonra buralarda qar yağacaq. Mən bunu demək istəməzdim - yollardan istifadə çətinləşəcək. Hər halda, bu gün bu tarixi hadisə baş verir, biz Laçın Beynəlxalq Hava Limanının tikintisinə start veririk. Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu".