Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ilin sentyabr ayında istifadəyə veriləcək.
Eləcə də bax: "Bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik"
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bəyan edib.
“Qarabağda işğaldan azad olunmuş ərazilərdə 3 hava limanının inşası planlaşdırılır. Onlardan birincisi (Füzulidə - İF) 2021-ci ilin sentyabr ayında istifadəyə veriləcək”, - İ. Əliyev deyib.
2021-ci ilin yanvar ayında prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Hava limanının uçuş-enmə zolağı 2,8 min metr təşkil edəcək.
Füzulidən başqa Zəngilan və Laçın rayonlarında Beynəlxalq Hava limanları inşa olunacaq. 2021-ci il aprelin 26-da ZəngilanBeynəlxalq Hava Limanının təməli qoyulub.