“Ever Given” konteyner gəmisi qurudan çıxarılandan sonra yenidən Süveyş Kanalını bağlayıb.
FED.az xəbər verir ki, külək gəminin istiqamətini dəyişərək onu əvvəlki mövqeyinə qaytarıb.
Qeyd edilir ki, buna baxmayaraq vəziyyət əvvəlki kimi çətin deyil.
Konteyner gəmisinin bir saat müddətində hərəkətinə davam edə biləcəyi vurğulanır.
Xatırladaq ki, uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti təxminən 224 min ton olan gəmi Çindən Niderlanda yola düşüb və keçən çərşənbə axşamı kanalda ilişərək hərəkəti tam məhdudlaşdırıb. Səhər saatlarında “Ever Given” ilişdiyi yerdən çıxarılmışdı. (Oxu)