Zəngəzur dəhlizi adı ilə tanınan Yerasx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun bərpasına Ermənistan ərazisində hazırlıqla bağlı səhra geodeziya işləri başlayır.
Eləcə də bax: Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda tikinti gedir - FOTOLAR
FED.az xəbər verir ki, bunu ölkənin ərazi inzibatçılığı və infrastruktur naziri Qnel Sanosyan bildirib.
“Layihənin texniki planını tərtib etmək üçün Meğri və Yerasx arasında 43 kilometrlik sahədə ilkin işləri görməyi təklif edirik. Burada yer ölçmə işləri nəzərdə tutulur”- nazir deyib. (Report)