Ermənistan TRIPP layihəsi çərçivəsində Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanlar, nəqliyyat vasitələri və yüklər üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür.
"Trampın öz adını verdiyi layihə mütləq reallaşdırılacaq"
FED.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.
Dövlət Departamentində qeyd ediblər ki, "Tramp Marşrutu"nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsidir.
"TRIPP dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verərək Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsini təmin etmək üçün nəzərdə tutulub. Azərbaycan və Naxçıvan MR-i əlaqələndirərək (Ermənistan ərazisi vasitəsilə - red.) və Transxəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqə yaradaraq, TRIPP-in Ermənistan Respublikası üçün beynəlxalq və dövlətlərarası əlaqədə qarşılıqlı faydalar gətirəcəyi gözlənilir", - sənəddə deyilir. (Report)









