Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları bir günlük işləməyəcək. FED.az Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir ki, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.
Eləcə də bax:Azərbaycanda dağların partladılması üsulu ilə - YENİ YOL SALINIR
Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.