Dövlət Yol Polisi (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobillə daşımalarda təhlükəsizliyə, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtomobillərin sürücülərinə qarşı tədbirlərə başlayıb.
Eləcə də bax: DANX: "Qəzaya səbəb olmuş yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib"
FED.az xəbər verir ki, bu barədə DYP-dən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.