Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib.
Eləcə də bax: Ambulansla sərnişin daşıyan sürücü işdən çıxarıldı - RƏSMİ
FED.az Bakı Şəhər Baş Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov “Report"un sorğusuna cavab olaraq bildirib ki, kameralar vasitəsi ilə idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək:
"Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət edildi. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin, xüsusi ilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil. Bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərinin pozulaması bəzi sürücülər tərəfindən səhlənkarlğa yol verilir və avtomobillər idarə edilir. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.
Bildiririk ki, karantin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh tədbirlərinin Bakı şəhər üzrə görülməsinə start verildi. Belə ki, kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək.
Deməli bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir".
DYP rəsmisinin bu aşıqlaması birmənalı qarşılanmayıb, bu açıqlamadan belə aydın olur ki, paytaxtda hərəkət edən istənilən şəxsi avtomobil cərimələnəcək. Ona görə də Vaqif Əsədov öz sözlərinə düzəliş etməli olub:
“Biz tövsiyə edirik ki, vətəndaşlar vacib işləri olmadıqca şəxsi avtomobilləri ilə çox hərəkət etməsinlər. Koronavirusla mübarizənin yollarından biri də evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır". O bildirib ki, lüzumsuz, rayon qeydiyyatlı nəqliyyat vasitələri idarə edilməməlidir: “Biz hər maşın sürənin cərimə olunacağını demirik. Çağırış və tövsiyə edirik ki, zərurət yoxdursa, sürücülər evdən çıxmasınlar".
Eyni zamanda hər kəsi yenidən "Evdə qal" kompaniyasına qoşulmağa dəvət edirik. Bir daha yadınıza salırıq ki, "Evdə qal" kompaniyasına qoşulmaq Bakı şəhər ərazisində yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına təsir göstərir. Ayrıca da hazırda paytaxt ərazisində idarə edilən komunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsində olan şəxslərin də sərbəst hərəkətinə şərait yaradılır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar.
Beləliklə də həmin şəxslər özlərini, həm ailə üzvlərini, həm də digər şəxslərin sağlamlığının qayğısına qalmış olurlar".