“Paytaxt ərazisində daha əvvəl sərtləşdirilmiş karantin rejimində xidmət necə təşkil edilmişdisə, yenə də o formada davam etdiriləcək”.
Eləcə də bax: Heç kim başqa rayona gedə bilməyəcək – YENİ POSTLAR QURULUR - VİDEO
FED.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunda həm postlar qurulacaq, həm də polis naryadları gücləndirilmiş rejimdə faəliyyət göstərəcək:
“Daha əvvəl paytaxt və digər ərazilərdə icaze.e-gov.az portalında hərəkətlə bağlı qərar ləğv olunandan sonra postlar da götürüldü. Amma 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək postlar da olacaq, polis naryadları da nəzərət edəcək”.
Qeyd edək ki Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib.
Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək. (Report)